Makrona qarşı etimad reytinqi tarixi minimumda

Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətinin təqdir edilməsi səviyyəsi rekord dərəcədə aşağı düşərək cəmi 11% təşkil edib.

Lim10.az xəbər verir ki, bu barədə məlumat "Verian" tədqiqat şirkətinin apardığı sorğunun nəticələrində yer alıb.

Sorğuya əsasən, bu göstərici son bir ayda 5% azalıb. Respondentlərin 84%-i Makronun fəaliyyətini mənfi qiymətləndirib, 5%-i isə cavab verməkdə çətinlik çəkib.

Beləliklə, Makron öz sələfi Fransua Ollandın antirekordunu təkrarlayıb. 2016-cı ilin sentyabrında Ollandın etimad reytinqi də 11% təşkil etmişdi və bu, 1970-ci illərdən bəri aparılan bu tip sorğular arasında ən aşağı göstərici sayılırdı.(oxu.az)