78 nəfərin öldüyü hotel yanğınına görə 11 nəfərə verilən cəza məlum oldu - FOTO

Türkiyənin Bolu şəhərinin Kartalkaya rayonunda baş verən və 78 nəfərin ölümü ilə nəticələnən “Grand Kartal Otel”dəki dəhşətli yanğınla bağlı məhkəmə prosesi başa çatıb.

Lim10.az “Haber Global”a istinadla xəbər verir ki, hotel sahibi Halit Ergül, həyat yoldaşı və 2 qızı da daxil olmaqla 11 təqsirləndirilən şəxs barəsində həbs qərarı verilib.

Yanğında ölən 34 uşağa görə 11 nəfərin hər biri 34 dəfə ömürlük həbs cəzasına məhkum edilib.

Həlak olan 44 nəfərə görə təqsirləndirilən şəxslərə əlavə olaraq hər biri üçün 44 dəfə 24 il 11 ay həbs cəzası verilib.

Cəzalara heç bir güzəşt tətbiq edilməyib.

Qeyd edək ki, yanğın 21 yanvar 2025-ci il tarixində Kartalkaya (Bolu vilayəti) dağlıq kurort zonasında baş verib. Hadisə nəticəsində 78 nəfər ölüb, 137 nəfər yaralanıb.

Billurə