Türkiyə inklüziv platformalar vasitəsilə Cənubi Qafqazda normallaşmanı təşviq edir.
Lim10.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Fidan bildirib ki, Türkiyə Cənubi Qafqazda inklüziv platformalar vasitəsilə normallaşma, qarşılıqlı əlaqə və regional əməkdaşlığı təşviq edir. “Yaxın Şərqdə təhlükəsizlik və humanitar problemlərin həlli üçün tərəfdaşlarla birbaşa əlaqə qurur və Türk Dövlətləri Təşkilatı kontekstində ortaq tarix və coğrafiya ilə bağlı ölkələr arasında institusional əməkdaşlığı dərinləşdirir”, - nazir vurğulayıb.
Mürtəza
Fidan:Türkiyə Cənubi Qafqazda normallaşmanı təşviq edir



















