Ukraynanın sabiq prezidenti Leonid Kuçma Rusiya prezidenti Vladimir Putinlə 2004-cü ildə Maydan hadisələri zamanı etdiyi müzakirələrdən bəhs edib.
Lim10.az xəbər verir ki, Kuçma bu barədə BBC-yə müsahibəsi zamanı danışıb.
Onun sözlərinə görə, həmin söhbət onun fəaliyyəti zamanı ən çətin danışıqlardan biri olub:
"Putin "Narıncı inqilab" vaxtı mənə etirazları zorla yatırmağı təklif etdi. Hətta bunun üçün saatlarla məni inandırmağa çalışdı. Mən isə ona nə edə biləcəyimi, nə də etmək istədiyimi bildirdim”, - deyə Kuçma qeyd edib.



















