ABŞ vitse-prezidenti J.D.Vens Hindistanlı həyat yoldaşı Uşanın xristianlığa keçəcəyinə ümid etdiyini bildirdikdən sonra tənqidlərlə üzləşib.
Lim10.az xəbər verir ki, məlumatı The New York Times (NYT) yayıb. Vens Missisipi Universitetində mərhum amerikalı mühafizəkar fəal Çarli Kirkin təsis etdiyiqeyri-kommersiya təşkilatı Turning Point USA tərəfindən təşkil edilən tədbirdə deyib: "Ümid edirəm ki, o (Uşa Vens-red.) nəhayət, kilsəyə dair anlayışımı başa düşəcək? Bəli, səmimi qəlbdən inanıram, çünki mən xristian müjdəsinə inanıram və ümid edirəm ki, həyat yoldaşım da nəhayət bunu eyni şəkildə başa düşəcək".
Qəzetin yazdığına gorə, bu açıqlama sosial mediada hind-amerikalıların kəskin reaksiyasına səbəb olub və onlar vitse-prezidentin həyat yoldaşının inancına hörmətsizlik etdiyini bildiriblər.
Uşa Vens vəziyyətlə bağlı şərh verməkdən imtina edib. Lakin cümə günü vitse-prezident X-də tənqidlərə cavab olaraq ona qarşı ittihamları "iyrənc" adlandırdığı bir paylaşım dərc edib.



















