İşğaldan azad olunmuş ərazilərimizin iqtisadi dövriyyəyə cəlb olunması ölkəmizin tərəqqisi üçün əlavə imkanlar yaradıb.
Lim10.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisdə birgə komitələrin iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, bu ərazilərdə genşmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb. “Bu sərmayələrin iqtisadi artıma təsiri gələcək dövrlərə təsadüf etsə də, sosial və dövlətçiliyimizin gücləndirilməsinə yönəlmiş addım nöqteyi-nəzərindən əvəzsiz və bizim üçün prioritet sərmayə istiqaməti olaraq qalır”, - nazir müavini bildirib.
Mürtəza



















