Dağıstanda turistləri daşıyan helikopter qəzaya uğrayıb.
Lim10.az xarici mediaya istinadən xəbər verir ki, 4 nəfər ölüb.
"Ka-226"nın göyərtəsində ümumilikdə 7 nəfər olub.
Hadisə Xəzər dənizi sahilində - Mahaçqaladan təxminən 40 kilometr aralıda, Açi-Su kəndi yaxınlığında baş verib. Ərazidə çimərlik və istirahət mərkəzləri var.



















