Türkiyə-ABŞ-Suriya sammitində PKK/YPG qərarı

Türkiyə, ABŞ və Suriya xarici işlər nazirlərinin Ağ Evdə keçirilən sammitində PKK/YPG terror təşkilatı ilə bağlı razılıq əldə olunub.

Lim10.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi Ağ Evdə keçirilən görüşlə bağlı açıqlama yayıb. 

Suriya XİN bəyan edib ki, Türkiyə, Suriya və ABŞ xarici işlər nazirlərinin Ağ Evdə keçirilən görüşündə Suriyada SDQ adından istifadə edən PKK/YPG terror təşkilatının Suriya ordusuna inteqrasiyasını ehtiva edən 10 Mart Sazişinin həyata keçirilməsi üçün aydın mexanizmlər barədə razılıq əldə olunub.

Məlumatda deyilir ki, əldə olunan razılaşmaya əsasən Suriyada milli təhlükəsizliyin gücləndirilməsi prosesi çərçivəsində SDQ-nin Suriya ordusuna inteqrasiyası istiqamətində addımlar atılacaq.

Mürtəza