"Ərazi güzəştləri olmadan sülhə nail olmaq mümkün deyil"

Slovakiyanın xarici işlər naziri Yuray Blanar Ukraynada ərazi güzəştləri olmadan sülhə nail olmağın mümkün olmadığını bildirib.

Lim10.az bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.

"Şəxsi fikrim budur ki, bu müharibə artıq o qədər irəli gedib ki, bəzi ərazi güzəştləri barədə razılıq əldə edilmədən sülh mümkün olmayacaq", - Blanar Aİ xarici işlər nazirlərinin görüşünün ardınca jurnalistlərə bildirib.

O, əlavə edib ki, dondurulmuş münaqişə hərbi əməliyyatların yenidən başlamasından daha üstündür.