Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

Amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə şahzadə titulundan məhrum edilmiş Britaniya kralının qardaşı Endryu Mauntbatten-Vindzor ABŞ Nümayəndələr Palatasında ifadə verməlidir.

Lim10.az xəbər verir ki, məlumatı Britaniya Baş naziri Keyr Starmer jurnalistlərə Cənubi Afrikada keçirilən G20 sammiti zamanı açıqlayıb: "Nəticə etibarilə, bu, onun verməli olduğu qərardır. Amma mənim ümumi mövqeyim budur ki, əgər müvafiq məlumatınız varsa, onu paylaşmağa hazır olmalısınız".

Daha əvvəl Nümayəndələr Palatasının Demokrat üzvləri Epşteynlə əlaqələri ilə bağlı istintaq çərçivəsində ifadə vermək üçün Mountbatten-Vindzor-a rəsmi dəvət göndəriblər. Britaniya monarxı III Çarlzın qardaşı ABŞ Konqresinin dəvətinə cavab verməyib.