Ordu cənubda nəzarəti ələ almağa hazırdır - Livan Prezidenti

Livan Prezidenti Cozef Aun ölkənin cənubundakı vəziyyətin nizamlanması, suverenliyin tətbiqi üçün 5 bəndən ibarət təşəbbüs irəli sürüb.

Lim10.az xəbər verir ki, Aun bu təşəbbüslə konkret fəaliyyət planı təqdim edib, dövlət və ordunun cənubda işğal altında olan Livan ərazilərində nəzarəti ələ almağa hazır olduğunu bildirib.

Prezident qeyd edib ki, beştərəfli komissiya İsrail ordusunun geri çəkiləcəyi yerləri təhvil almaq üçün konkret vaxt cədvəli təqdim edəcək.

Aun ölkəsinin İsraillə BMT, ABŞ və ya müştərək beynəlxalq vasitəçilərin himayəsi ilə danışıqlara hazır olduğunu bir daha bəyan edib.(axar.az)