ABŞ prezidentinin oğlu kiçik Donald Tramp atasını tənqid edənlərə cavab verib.
Lim10.az xəbər verir ki, ABŞ prezidentinin oğlu hərbi əməliyyatların davam etməsinə görə "nüfuzlu qurumları" lobbiçilikdə günahlandırıb.
"Atam tənqid olunur, çünki sülh pul qazandırmır - müharibə qazandırır. Bunu edən şəxs olmağa çalışmaq, görünür, onu hədəfə çevirir. Çünki bir çox nüfuzlu qurumlar bundan böyük qazanc əldə edirlər", - Trampın oğlu bildirib.
Daha əvvəl məlum olub ki, 2024-cü ildə 100 ən böyük silah şirkətindən 77-sinin gəliri artıb. Pul baxımından bu, 679 milyard dollar (5,9 faiz artım) təşkil edib. Reytinqdə ilk üç yeri hərbi təyyarə və raket avadanlığı istehsalçısı Lokheed Martin (64,65 milyard dollar), raket sistemi istehsalçısı RTX Corporation (43,6 milyard dollar) və elektronika təchizatçısı Northrop Grumman (37,85 milyard dollar) tutur.
Elvin
Lim10.az



















