Yenilənmiş ABŞ Milli Təhlükəsizlik Strategiyası Vaşinqtonun gələcək beynəlxalq təhlükəsizlik arxitekturası ilə bağlı dialoqa hazır olduğunu göstərir.
Lim10.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, uzun illərdən sonra ilk dəfə olaraq Amerika tərəfi Avrasiyada strateji sabitliyin və Rusiya ilə münasibətlərin bərpasının zəruriliyini açıq şəkildə bəyan edir.
O qeyd edib ki, bu, açıq bir siqnaldır: "ABŞ təhlükəsizlik arxitekturasını müzakirə etməyə hazırdır, nəinki sonsuz, ən əsası isə mənasız sanksiyalar tətbiq etməyə".
Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Tramp administrasiyasının Rusiyaya yanaşmasının ABŞ-ın 46-cı prezidenti Co Baydenin mövqeyi ilə ziddiyyət təşkil etdiyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında artıq Rusiya "birbaşa təhdid" kimi qeyd edilmir. Vaşinqton həmçinin strateji sabitliklə bağlı məsələlərdə Rusiya ilə əməkdaşlıq etməyə çalışır.
Elvin
Lim10.az



















