Şəkər tozu yenidən bahalaşacaq - XƏBƏRDARLIQ

Azərbaycanda pərakəndə və topdan satılan şəkər tozunun qiymətində artım müşahidə edilir. Pərakəndə satılan şəkər tozunun bir kiloqramının qiymətində 10-20 qəpik, topdan satılan şəkər tozunun (50 kiloqramlıq) qiymətində isə 3-4 manat artım olduğu bildirilir. Bundan başqa, marketlərdə şəkər tozunun məhdud sayda satılması barədə xəbərlər dolaşır.

Ümumilikdə, şəkər qıtlığı yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir. “Reuters” agentliyi “Green Pool” analitik agentliyinə istinadən yazır ki, bu il şəkər istehsalında 1.01 milyon ton həcmində kəsirin qeydə alınacağı gözlənilir. 

Məlumat üçün bildirək ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycana 103 milyon dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib. 

Ölkədə şəkər qıtlığının səbəbi nədir? Gündəlik tələbat malları içərisində önəmli yer tutan şəkərin qiymətində daha çox artım ola bilərmi?

Mövzu ilə bağlı Modern.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli şəkər tozu qıtlığının yaranma səbəblərini belə izah edib:

“Mövsümlə əlaqədar olaraq şəkər tozuna tələbat artıb. Yəni insanlar kompot və ya mürəbbə bişirirlər. Qış üçün şəkərlə tədarük olunan məhsulların artmasına görə tələbat da çoxalır. Bunun nəticəsində əvvəlki qayda ilə tədarük olunan şəkər tozunun qıtlığı yaranır, bu isə öz növbəsində qiymətin artmasına səbəb olur”.  

Şəkər tozu yenidən bahalaşacaq - XƏBƏRDARLIQ

Şəkər tozu yenidən bahalaşacaq - XƏBƏRDARLIQ

İqtisadiyyat

3 Avqust 2023, 14:06
 
Ekspertin fikrincə, qiymət artımının qarşısını almaq mümkündür: “Ölkə daxilində ən böyük şəkər istehsalçısı “Azərşəkər” zavodudur. O zavodla hökumət arasında müəyyən razılaşma olmalıdır ki, yay aylarında şəkərə olan tələbatın artması nəzərə alınsın. Məhsulu başqa aylarda tədarük edib, yay aylarında daha geniş şəkildə satışa çıxarmaq olar. Bugünkü qiymət artımını aradan qaldıra bilərik. Amma zavodun işi də tənzimlənməlidir. Ölkədəki əsas şəkər istehsalçısı İmişlidəki şəkər zavodudur.  Məsələn, yanvar ayından indiyə qədər şəkər zavodu təqribən 20 min ton şəkər ixrac edib. Həmin ixracatın 3-5 tonunu saxlayıb yay aylarında satışa çıxarsa, həm artan tələbat ödənilər, həm də şəkərin qiyməti sabit qalar. Rəqabət mühiti olmadığına görə zavod buna əhəmiyyət vermir. Hökumət bu barədə zavoda tapşırıq verməlidir”.

Akif Nəsirli düşünür ki, şəkər tozunun qiyməti sentyabr və oktyabr aylarında yenidən arta bilər:

“Zavod şəkəri tələbata uyğun bazara çıxara bilməsə, sentyabr və oktyabr aylarına qədər şəkər tozunun məhdud sayda olması halı davam edəcək. Ümumi qiymət artımına uyğun olaraq, şəkərin 5-10 qəpik bahalaşması mümükündür. Ancaq həddindən artıq qiymət artımının olacağını düşünmürəm. Çünki dünya bazarında şəkərin qiyməti o qədər də baha deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli də qiymətlərdə artma ehtimalının olduğunu vurğulayıb.

“Şəkər tozunun qiymətinin artmasının bir neçə səbəbi var. İlk növbədə Azərbaycanda şəkərin yerli istehsalı alınmadı. Yerli istehsal adı altında bazarda olan şəkər tozu Rusiya və Ukraynadan gətirilib, burada yerli şirkətlərin adı ilə qablaşdırılırdı. İmişlidəki şəkər zavodu gözləntiləri doğrultmadı. Yerli istehsalımız olmadığına görə bazara təsir imkanlarımız da yoxdur", - o qeyd edib.

Ekspert xatırladıb ki, Rusiya avqustun birindən şəkər tozunun ixracatına ciddi məhdudiyyətlər qoyub.

"Azərbaycana şəkər tozunun böyük bir hissəsi Rusiyadan gətirilirdi. Məhdudiyyətlərin qoyulması qiymətlərə təsir göstərdi. Azərbaycan əsasən Ukraynadan da şəkər tozu alırdı. Lakin Rusiya-Ukrayna müharibəsinə görə son zamanlar logistika tamamilə pozulub və bununla əlaqədar şəkər tozunu bu ölkədən ya satın almaq mümkün olmur, yaxud az miqdarda ala bilirik. Təəssüf ki, gözləntilərə görə qiymətlərin daha çox artması ehtimalı da var”.