Dekabrın 25-də dünyanı su basacağı iddiası ilə gündəmə gələn və özünü Ebo "Nuh" adlandıran şəxs Qanada saxlanılıb.
Lim10.az xəbər verir ki, bu barədə "News Ghana" xəbər yayıb.
Bildirilir ki, əsl adı Evans Eşun olan şəxs yalan məlumat yaymaq və ictimaiyyəti çaşdırmaq ittihamı ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarı ilə o, iki həftəlik həbsə göndərilib və barəsində psixiatrik ekspertiza təyin olunub.
Polis qeyd edib ki, Eşun internetdə diqqət çəkmək məqsədilə hərəkət etdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, özəl məktəbdə mühafizəçi işləyir və sosial mediada yaratdığı dini imicə baxmayaraq, əslində dini təhsili yoxdur.
Qeyd edilir ki, Evans dünyanı su basacağı iddiası ilə səkkiz böyük taxta gəmi tikməyə başlamış və bu məqsədlə ona inanan insanlardan ianələr toplamışdı. Lakin dekabrın 25-də o, "apokalipsisin təxirə salındığını" açıqlayıb və əlavə gəmilərin inşası üçün Allahın insanlara daha çox vaxt verdiyini bildirmişdi.(milli.az)



















