Əraqçidən Zelenskiyə: Dünya çaşqın klounlardan bezib

İranın xarici işlər naziri Abbas Araqçi sosial şəbəkə hesabında paylaşım edərək Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edib.

Lim10.az -ın məlumatına görə, o, Ukrayna liderini ABŞ və Avropa vergiödəyicilərinin vəsaitlərini şəxsi maraqları və “korrupsiyalaşmış generalları” naminə istifadə etməkdə ittiham edib.

“Zelenski amerikalı və avropalı vergiödəyicilərini talayaraq, korrupsiyalaşmış generallarının ciblərini doldurur və BMT Nizamnaməsini pozan, onun "qanunsuz aqressiya" adlandırdığı hərəkətlərə qarşı durduğunu iddia edir. Eyni zamanda isə o, həmin Nizamnaməni pozaraq ABŞ-ın İrana qarşı qanunsuz aqressiyasına açıq və utanmadan çağırış edir. Cənab Zelenski, dünyanı bu çaşqın klounlar bezdirib. Xaricdən dəstəklənən və muzdlu döyüşçülərlə dolu olan sizin ordunuzdan fərqli olaraq, biz, iranlılar, özümüzü qorumağı bacarırıq və xaricilərdən kömək istəməyə ehtiyac duymuruq”, — deyə Əraqçi yazıb.