O, 40 yaşına qədər milyarder olmuş 3 nəfərdən biridir

Çexiyalı sahibkar Mixal Strnadın xalis sərvəti "Czechoslovak Group" (CSG) şirkəti səhmlərinin birjaya çıxarılmasından sonra 37 milyard dollara çatıb.

Lim10.az xəbər verir ki, Bloomberg Billionaires Index-inə görə, 33 yaşlı şəxs hazırda dünyanın ən varlı müdafiə icraçısı və 40 yaşdan kiçik üçüncü ən varlı insandır. O, "Walmart Inc."-in ailəsindən Lukas Uolton (49 milyard dollar) və "Red Bull"-un qurucusunun oğlu Mark Mateşitzdən (38,4 milyard dollar) geridə qalır.

Strnad "Czechoslovak Group"u atasından miras alıb. O, 21 yaşında baş direktor, 5 il sonra isə sahibi olub.

"CSG"in (dəyəri 25 milyard avro) NATO ölkələri və Ukrayna üçün aparıcı Avropa artilleriya sursatı istehsalçılarından və keçən il "American Kinetic Group"u 2,2 milyard dollara satın aldıqdan sonra tapançalar üçün kiçik kalibrli sursatların dünyanın aparıcı istehsalçılarından biridir. Şirkət artilleriya, zirehli texnika və yük maşınları da daxil olmaqla, ağır hərbi texnika istehsalı və modernləşdirilməsi bölməsini sürətlə genişləndirir. Onun zavodlarında təxminən 14.000 nəfər çalışır.(Yeni Sabah)