Analarının vida mərasimində ülk üstündə mübahisə edən qardaşlardan biri digərini pöldürüb.
Lim10.az “Haber Global”a istinadla xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərinin Kağıthane ərazisində baş verib.
Belə ki, anaları Nuriye Mutlunun məsciddə baş tutan cənazə namazına qatılan iki qardaş namazdan sonra mübahisə etməyə başlayıb.
Buna səbəb isə mirasın bölüşüdürülməsi olub.
Qısa zamanda mübahisə böyüyüb. Nəticədə 69 yaşlı böyük qardaş Mustafa Mutlu 52 yaşlı qardaşı Mehmet Mutluya odlu silahdan atəş açıb.
Başından və qarın nahiyəsindən ağır yaralanan Mehmet Mutlu xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları şübhəli Mustafa Mutlunu yaxalayıb.
Hadisə zamanı istifadə edilən sənədsiz silah dəlil kimi götürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən böyük qardaşın “qəsdən yaralam” başda olmaqla 10 müxtəlif cinayət qeydi olduğu üzə çıxıb.
Billurə






















