Netanyahu Tehrana barmaq silkələdi: Səhvə yol verərəsə , bədəli çox ağır olacaq

İsrailə hücum etməklə ciddi səhv edərsə, biz İranın əvvəllər heç görmədiyi bir güclə cavab verəcəyik

Lim10.az  “Times of Israel"ə istinadən xəbər verir ki,   baş naziri Binyamin Netanyahu ötən həftə Tehrana  xəbərdarlığını bir daha  təkrarlayaraq İranın İsrailə hücum edəcəyi təqdirdə sərt cavab verəcəyini bildirib.

"İndi bu həqiqətdir ki, İran oxu özünü yenidən qurmağa çalışır, amma biz buna imkan verməyəcəyik. Əgər İran İsrailə hücum etməklə ciddi səhv edərsə, biz İranın əvvəllər heç görmədiyi bir güclə cavab verəcəyik".

"The War Zone" nəşri isə  İsrail Müdafiə Qüvvələrinə istinadən həftə sonu Amerikanın İrana qarşı mümkün hərbi əməliyyatına hazırlaşdığı barədə məlumat dərc edib.  

 Mürtəza