Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Lim10.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnaməmi təqdim etmək mənim üçün şərəf oldu", - paylaşımda deyilir.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.




















