Onlar dəyərli sənətkarın səhhəti ilə yaxından maraqlanıb, ona tezliklə şəfa tapması, əvvəlki sağlam günlərinə qayıtması üçün ürəkdən xoş arzularını çatdırıblar.
Səmimi atmosferdə keçən görüş zamanı Şeyx Əbdül ilə Adəm İsmayıl Bakuvi arasında 30 ilə yaxın davam edən dostluq münasibətləri ilə bağlı xatirələr bölüşülüb.
Xalq artisti Şeyx Əbdül duyğularını bölüşərək, bu diqqət və dəstəyi yüksək qiymətləndirib, hazırda cəmiyyətimiz üçün vəhdətçilik prinsiplərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O, bu gün həmrəyliyin çox vacib olduğunu qeyd edərək, hər kəsi qarşılıqlı anlayışa və birliyə, çətin günlərdə bir-birinə dayaq durmağa çağırıb.























