İşçilər niyə daha aşağı maaşa başqa şirkətə keçirlər? - 2 Mühüm SƏBƏB

 “Günümüzdə bir çox rəhbəri düşündürən əsas suallardan biri budur: İşçilər niyə daha aşağı maaş təklifinə baxmayaraq başqa şirkətə keçirlər? İlk baxışda bu qərar məntiqsiz görünə bilər”. 

Lim10.az xəbər verir ki, bunu biznüa mütəxəssisi Vüsal Mahmudov deyib. O bildirib ki, dəyişikliyin əsas səbəbi perpektiv və yerində saymaqla bağlıdır:

“Çünki uzun illərdir hesab olunur ki, maaş işçi motivasiyasının əsas hərəkətverici qüvvəsidir. Lakin əslində isə bu sualın cavabı olduqca sadədir: gələcək perspektivlər və inkişaf imkanları. Müasir əmək bazarı da göstərir ki, artıq bu yanaşma təkbaşına kifayət etmir.

İşçilər bu gün yalnız hazırkı vəziyyəti deyil, gələcəkdə harada olacaqlarını düşünürlər. Əgər bir şirkətdə işçilərə aydın karyera hədəfləri təqdim olunmursa, onların peşəkar inkişafı üçün konkret yol xəritəsi yoxdursa və irəliləmə mexanizmi müəyyən edilməyibsə, işçilər öz gələcəklərini həmin şirkətdə görə bilmirlər. İnsan isə gələcəyini görə bilmədiyi bir mühitde uzun müddət qalmaq istəmir və təbii olaraq alternativ imkanlara yönəlir.

Çalışdığı şirkətdə karyerasında yüksəlmək, yeni bacarıqlar qazanmaq və daha peşəkar bir səviyyəyə çatmaq üçün imkan tapmayan işçi zamanla demotivasiya olur. Eyni mövqedə uzun müddət qalmaq, inkişaf üçün təşviqin və dəstəyin olmaması işçidə dəyərsizləşmə hissi yaradır. Bu mərhələdə işçi artıq maaşdan daha çox öz inkişafına fokuslanır və gələcək vəd edən yeni təkliflərə daha açıq olur, hətta həmin təkliflər maddi baxımdan daha aşağı olsa belə”.

V.Məmmədov hesab edir ki, çıxmaq istəyən işçini saxlamaq üçün ona yol göstərilməli və inkişafı təmin edilməlidir:

“Bir işçinin şirkətdə uzunmüddətli gələcəyini planlaşdıra bilməsi üçün ona aydın və konkret bir karyera yolu təqdim edilməlidir. İnkişaf mərhələlərinin müəyyən edilməsi, peşəkar təlimlərə çıxış imkanları və dərəcələndirmə sistemi işçiyə göstərir ki, bu təşkilatda onun üçün real bir irəliləmə perspektivi mövcuddur. Məhz bu yanaşma işçilərin motivasiyasını artırır, şirkətə bağlılığını gücləndirir və onları uzun müddət eyni komandada saxlamağa kömək edir.

Nəticə olaraq demək olar ki, yüksək maaş qısa müddətli motivasiya yarada bilər, lakin işçini şirkətdə saxlayan əsas amil karyera inkişafıdır. Gələcəyini qurmaq və peşəkar inkişaf yolu açmaq istəyən insanlar, onları dəstəkləyən və bacarıqlarını artırmaq üçün real şərait yaradan iş yerlərinə üstünlük verəcəklər. Bu səbəbdən də işçilərin şirkətdə uzun müddət qalmasını gözləmək üçün karyera inkişafı və təlim imkanları artıq zəruri bir şərtdir”.

Billurə