Neftçilərin diskriminasiyası illərdir davam edir

ARDNŞ-də illərlə mövcud olan qanun pozuntularından biri də işçilərə tədbiq olunan diskrinimasiyadır. 
Ayrı-seçkilik (diskriminasiya) - əmək hüququ sahəsində maraqlı, bir çox hallarda isə daha çox mübahisə yaradan mövzulardan biridir.
Ayrı-seçkilik (diskriminasiya) nədir, bu əmək münasibəti Əmək Məcəlləsi və digər əmək qanunvericiliyi ilə necə tənzimlənir?
 İlk olaraq onu bildirək ki, ayrı-seçkilik (diskriminasiya) - əsasən iki sahədə özünü daha çox göstərir və mübahisəyə səbəb olur. Əmək müqavilələrinin bağlanmasında və əmək haqqı, əlavə və mükafatların ödənməsi sahələrində. Bu sahələrdə ayrı seçkiliyə daha çox yol verilir.
 

Müəyyən hallar istisna olmaqla və qanunla nəzərdə tutulan hallar istisna olmaqla işçinin əmək müqaviləsinin onun iradəsi əlehinə yaş həddi ilə əlaqədar müxtəlif qanunsuz yollarla ləğv edilməsi də ayrı-seçkilik hesab olunur. Müəyyən yaş həddində olan işçi ilə bu əsasla Əmək müqaviləsi bağlanmır və ya əksinə, əmək münasibətlərində olan işçilərin müqaviləsi yaş həddi əsası ilə: təzyiq, hədə qorxu, aldatma, əmək müqavilələrinə qanunsuz əlavələr və digər müxtəlif əsassız və qanunsuz yollarla, işçinin iradəsi əleyhinə əmək müqaviləsinin ləğv edilməsi.

Əmək münasibətlərində işçilərin: cinsinə, vətəndaşlığına, irqinə, dininə, dilinə, əmlak vəziyyətinı, milliyyətinə, yaşayış yerinə, ailə vəziyyətinə, ictimai sosial mənşəyinə, yaşına, əqidəsinə, siyasi baxışlarına, həmkarlar və ya başqa ictimai birliklərə üzvlüyünə və qulluq mövqeyinə görə fərq qoyulması ayrı-seçkilik hesab olunur.
4. İşçinin: işgüzar keyfiyyətləri, peşəkarlığı və əməyinin nəticələrilə bağlı olan digər amil və səbəblərə görə hər hansı birinə üstünlük verilməsi, əmək haqqının yüksək məbləğdə təyin olunmadı, əlavə və mükafatların verilməsi, vəzifədə irəli çəkilməsi və sair ayrı seçkilik sayılmır.

 Eyni vəzifə və ya peşəyə, eyni dərəcəyə malik, eyni əmək funksiyalarını yerinə yetirən və eyni işgüzar keyfiyyətlərı malik olan işçilərin - əsas vəzifə (tarif) maaşı arasında fərqin olması, eyni zamanda eyni idarə, müəssisə və təşkilatlarda işləyən işçilərin əmək haqqları arasında kəskin fərqlərin olması da da ayrı seçkilik hesab olunur.

 İş və xidmətlərin yerinə yetirilməsində məhdudiyyətlər istisna olmaqla, sağlamlığı və əlilliyi səbəbi ilə əlaqədar bu əsasdan həmin şəxsləri işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək də ayrı seçkilik hesab olunur.

 Əlilliyi olan şəxslərin səhhətinin peşə və vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsi, əmək müqaviləsinə xitam verilməsi və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsi də ayrı seçkilik hesab olunur.
 

Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan və digər şəxslərə, habelə AR-nın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəşt, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı seçkilik hesab edilmir.

 Əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxslər bu tələblərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
1

Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə əmək qanunvericiliyinə: ictimai nəzarəti həyata keçirən və ya keçirməli olan - Həmkarlar ittifaqı təşkilatına, dövlət nəzarətini həyata keçirən və ya keçirməli olan - Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilər.


Azər Quliyev.