2023-cü ilin ilk 9 ayında Gürcüstan 2,2 milyard dollar dəyərində avtomobil idxal edib.
Bu barədə Dövlət Statistika Komitəsinin müvafiq sənədlərində bildirilir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən avtomobillərin ümumi dəyərində 50% artım qeydə alınıb.
Gürcüstanın ən çox avtomobil aldığı 10 ölkənin siyahısı aşağıdakı kimidir:
●ABŞ - 1,3 milyard dollar dəyərində; ●Yaponiya - 390,9 milyon dollar dəyərində;
●Almaniya - 230,3 milyon dollar dəyərində;
●Türkiyə - 75,1 milyon dollar dəyərində;
●Cənubi Koreya - 34,7 milyon dollar dəyərində;
●Ukrayna - 33,5 milyon dollar dəyərində;
●Kanada - 22,7 milyon dollar dəyərində;
●Belçika - 17,9 milyon dollar dəyərində;
●Azərbaycan - 17,5 milyon dollar dəyərində;
●Böyük Britaniya - 16,04 milyon dollar dəyərində.
Məlumat üçün bildirək ki, Gürcüstandan yüngül avtomobillərin təkrar ixracı da rekord səviyyəyə yüksəlib. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Gürcüstandan 1,5 milyard ABŞ dolları dəyərində avtomobil ixrac edilibsə, ötən ilin müvafiq dövründə bu rəqəm 592,2 milyon ABŞ dolları təşkil edib.