Rusiyada dəmiryolçuları "könüllü" cəbhəyə göndərirlər
Rusiya hakimiyyəti dəmiryolçulara Ukraynadakı müharibədə iştirak etmək üçün qısamüddətli müqavilə əsasında mülki işçilər arasından 10 min "könüllü" tapmağı tapşırıb.
Onlara ayda 300 000 rubla qədər (təxminən 8400 manat) maaş, habelə müqavilə bağlanarkən 200 000 rubl (təxminən 5600 manat) birdəfəlik ödəniş veriləcəyi vəd edilir.