İran Qafanda konsulluq açir
Ermənistan da Təbrizdə konsulluq açmaq istəyir
İranın "Fars" xəbər ajansının məlumatına görə, Ermənistanın regional idarəetmə və infrastruktur naziri Gnel Sanusyan Şərqi Azəbaycan əyalətinin iqtisadi-ticarət nümayəndə heyəti ilə görüşdə iranlı heyətin Ermənistana səfərinin mühüm addım olduğunu deyib.
Erməni nazir bildirib: “ Sünik (Zəngəzur) bölgəsində yol tikintisi üzrə müxtəlif layihələr icra olunmaqdadır və burada məqsəd Ermənistanla İran arasında təhlükəsiz, sürətli və keyfiyyətli yolun ərsəyə gətirilməsidir ki, layihələrdə İran şirkətlərinin iştirakını müsbət qarşılayırıq. Şərqi Azərbaycan əyaləti ilə Sünik vilayəti həmsərhəd olduğuna görə burada bir-birimizlə əməkdaşlıq üçün böyük potensial var.”
İranın Qafanda konsulluq açmasından məmnun olduğunu bildirən erməni nazir işğalçı Ermənistanın da Təbrizdə konsulluq təsis etməkdə İran tərəfinin əməkdaşlıq etməsini istəyib.
https://bit.ly/3TD5eSl