Ayda torpaq uğrunda mübarizə - ABŞ və Çin araında

 
 
 
 

ABŞ və Çin arasında Yerdən kənarda toqquşmalar baş verə bilər.

Buna səbəb kosmik gəmilərini Ayın səthinə endirmək üçün yer seçməklə bağlı rəqabətdir.

Bu barədə Böyük Britaniyanın Nortumbriya Universitetinin kosmik hüquq və siyasət üzrə professoru Kristofer Nyuman xəbərdarlıq edib.

O, qeyd edib ki, Vaşinqton və Pekin Ayın səthinə öz kosmik gəmilərini endirmək üçün Yerin təbii peykinin cənub qütbünün eyni ərazilərini seçiblər. Bu ərazilərin su və digər resurslarla nisbətən zəngin olduğu bildirilir.

“Ancaq onların hər ikisinin niyə eyni yerləri istədiklərini anlamaq çətin deyil. Bunlar resurslardan yerində istifadə etmək üçün Ayda ən yaxşı ərazilər hesab olunur. Bu, Yerdən kənarda resurslar üzərində ilk potensial münaqişə nöqtəsi ola bilər”, – deyə Nyuman vurğulayıb.