Kadırovun "ürəyi yerinə düşdü"
Rəsmi Kreml Çeçenistan lideri Ramzan Kadırovun mümkün istefası ilə bağlı məlumatlardan xəbərdardır, lakin bu hələ baş tutmayıb.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, bu məlumatlar heç bir şəkildə reallaşmayıb və Kadırov Çeçenistan Respublikasına rəhbərlik etməyə davam edir.
Xatırladaq ki, iki gün öncə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov vəzifədə çox qaldığını bildirib və ömürlük məzuniyyətə çıxmağa layiq olduğunu qeyd edib.