Conson postunu təhvil verdi
Onu bu postda Liz Truss əvəzlədi
Liz Truss Britaniyanın baş naziri təyin edildi, Conson vəzifədən kənarlaşdı.
Liz Truss çərşənbə axşamı Böyük Britaniyanın baş naziri vəzifə səlahiyyətlərini icra etməyə başladı. Yeni baş nazir Rusya-Ukrsyna müharibədən sonra tarixdə görünməmis dərəcədə artan enerji ödənişləri, yaxınlaşan tənəzzül və sənaye çəkişmələri nəticələnən yranan böhran şəraitində səlahiyyətlərini icra etməyə başlayır. Truss üçün bu dönəmdəv baş nazir olmaq heç də asan olmayacaq.
Altı ildə dördüncü Mühafizəkar baş nazir olan Truss, kraliça Elizabetadan hökumət qurmaq üçün icazə almaq məqsəd ilə kral ailəsinin Şotlandiyadakı malikanəsinə uçdu.
O, hakimiyyətdə üç fırtınalı ildən sonra istefaya göndərilən Boris Consonu əvəz edəcək.