Berluskoni Rusiya-Ukrayna münaqişənin həllində vasitəçi olmaq istədiyir
O, bu işə Merkeli də cəlb edib
O, bu işə Merkeli də cəlb edib
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Ukraynadakı hərbi münaqişənin həllində vasitəçi olmaq istədiyini bildirib.
Üstəlik, o, Almaniyanın keçmiş kansleri Angela Merkeli də bu təsəbbüsə qoşulmaq üçün dəvət edib.
"Corriere della Sera" Berluskoninin sözlərini sitat gətirib: “Merkellə Ukrayna və Rusiya arasında münaqişəyə son qoymaq üçün vasitəçilik etməyə çalışmaq istərdim.
İtaliyanın keçmiş baş naziri əlavə edib ki, o, hələlik sanksiyalardan Kreml üçün iqtisadi itkilər görmür. “Mənə elə gəlir ki, o (Putin - Red.) tamamilə sanksiyalara müqavimət göstərməyə və qazın qiymətini məhdudlaşdırmağa qadirdir”, - o deyib.
Xatırladaq ki, Putinin dostu hesab edilən Berluskoni Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatını” pisləyib.