Kürdəmirdə 30 yaşlı kişi zəhərlənib
Kürdəmirdə 30 yaşlı kişi dərmandan zəhərlənib.
Bizim.Media xəbər verir ki, hadisə məcburi köçkünlərin yerləşdiyi Yeni qəsəbədə qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1994-cü il təvəllüdlü Elnur Baloğlan oğlu Qurbanov dərman içərək zəhərlənib. Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Həkimlər E.Qasımova ilkin tibbi yardım göstəriblər. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Fakt araşdırılır.