Bakıda kişini avtomobil vurub

Bakının Nəsimi rayonunda 42 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1982-ci il təvəllüdlü İntiqam Məmmədhadi oğlu Cəyiyev yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.