Lökbatanda şirkətdən dörd min manatlıq əlvan metal oğurlanıb

Lökbatan qəsəbəsində əlvan metal oğurluğu olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən 4 000 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən Xanəli Bəyaliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.