Yeni Müşfiq qəsəbəsində yanğın hadisəsi: Sakinlər təxliyə olundu

Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lim10.az-a verilən məlumata görə, sakinlər binadan təxliyə ediliblər.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Yanğından mübarizə tədbirləri davam etdirilir. 

Nəzrin Vahid