Əli Mirəliyevin son vəziyyəti AÇIQLANDI - FOTO
“Çox şükür hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm”.
Bu sözləri ötən gün xəstəxanaya yerləşdirilən Əli Mirəliyev Lim10.az-a açıqlamasında deyib.
O bildirib ki, bu gün axşam saatlarında evə buraxılacaq.
“Yeni Klinika”nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nuridə Allahyarova Lim10.az-ın sorğusuna cavab olaraq bildirib ki, müğənni əməliyyat olunmayacaq:
“Müğənni Əli Mirəliyev xəstəxanaya gələndə vəziyyəti ağır idi. İndi yaxşıdır. Əməliyyat olunmayacaq. Əməliyyatsız bütün müdaxilələr edildi. Artıq evə buraxılacaq”.
Xatırladaq ki, ötən gün müğənni Əli Mirəliyevin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı. Sənətçinin əməliyyat olunacağı bildirilirdi.
Nəzrin Vahid