Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb
Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb.
“Report”un məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.
1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidəki üstü bağlanmamış quyuya düşərək ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.