Gəncədə qəza: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Qəza zamanı 1981-ci il təvəllüdlü Zamin Həsənov və 1987-ci il təvəllüdlü Orxan Ağazadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.