Rəisi CNN-ə müsahibədən imtina etdi
İran prezidenti İbrahim Rəisi Nyu-Yorkda CNN-ə müsahibə verməkdən imtina edib.
CNN-in aparıcısı başını örtmədiyi üçün Prezident müsahibə verməkdən imtina edib.
Prezidentin köməkçisi bildirdi ki, mən hicab bağlamasam müsahibə olmayacaq. Mən nəzakətlə bundan imtina etdim və dedim ki, biz hicabla bağlı heç bir qanun və ənənənin olmadığı Nyu-Yorkdayıq - CNN-in aparıcısı vurğulayıb.