Bu ölkədə qəzəblənən azyaşlı azarkeşlər stadionu yandırdı - FOTO

Finlandiyada qəzəbli azarkeşlər stadionu yandırıb.

Lim10.az İHA-ya istinadla xəbər verir ki, buna səbəb sözügedən ölkənin komandası “Haka”nın aşağı liqaya düşməsi olub.

Klubun uğursuzluğuna qəzəblənən azarkeşlər Tehtaan Kentta stadionuna od vurublar.

Hadisəni törədən şəxslərin 15 yaşından kiçik 3 azarkeş olduğu bildirilib. Azyaşlılar Finlandiyanın ən yüksək liqası “Veikkausliiga”nın ən uğurlu komandalarından biri olan və 9 liqa çempionluğuna sahib olan “Haka”nın məğlubiyyətlərini həzm edə bilməyib.

Yanğın tribunanı və meydançanın bir hissəsini külə çevirib.

“Haka” klubunun prezidenti Marko Laaksonen bildirib ki, hələlik dəyən ziyan hesablanmayıb, lakin bu, əhəmiyyətli məbləğdə olacaq. 

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Finlandiya qanunvericiliyi 15 yaşdan kiçikləri cinayət məsuliyyətindən azad edir. Lakin polis açıqlamasında bildirib ki, inayət məsuliyyətinin olmaması zərərə görə təzminat məsuliyyətindən azad olmaq demək deyil. 

Finlandiyada zərərə görə məsuliyyət üçün minimum yaş həddi yoxdur.

Qeyd edək ki, ingilis dilində "Factory Field" kimi tanınan stadion 1934-cü ildə inşa edilib və 3200 tamaşaçı tutumuna malikdir. Təxminən 20 min əhalisi olan Valkeakoski şəhərinin mərkəzində yerləşir.

Billurə