Ukrayna ABŞ-dan hava hücumundan müdafiə sistemi alıb

 

Prezident Vladimir Zelenski bazar günü yayımlanan müsahibəsində deyib ki, Ukrayna ABŞ-dan müasir hava hücumundan müdafiə sistemləri alıb.

Bu, Ukraynanın uzun müddətdir ABŞ-dan istədiyi və daşınması Vaşinqton tərəfindən keçən ayın sonunda təsdiqlənən Milli Qabaqcıl Yer-Hava Raket Sistemini (NASAMS) alması ilə bağlı ilk etiraf idi.

"Bizə ABŞ-ın liderlik nümayiş etdirməsi və Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi mütləq lazımdır. Mən artıq qəbul edilmiş müsbət qərara görə prezident (Co) Baydenə təşəkkür etmək istəyirəm", - Zelenskinin ingilis dilində verdiyi mûsahibənini stenoqramında qeyd edilib.