Süleyman Soylu istefa verdi

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. 

Bu barədə Türkiyənin Milli Gazete nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Daxili İşlər Nazirliyinin rəisi vəzifəsindən getmək istədiyini Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında bildirib. Türkiyə liderinin bu qərara necə reaksiya verdiyi hələlik məlum deyil.

Soylu 2012-ci ilin sentyabrında Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasına üzv olub, 2015-ci ilin noyabrından 2016-cı ilin avqustunadək Əmək və Sosial Müdafiə Nazirliyinə rəhbərlik edib. 2016-cı ilin avqustunda o, daxili işlər naziri təyin edilib.

Qeyd edək ki, 2021-ci ildə Türkiyənin daxili işlər naziri türk siyasi elitasının fəaliyyəti ilə bağlı bir sıra açıqlamalar verən kriminal avtoritet Sedat Pekerin hücumlarının əsas hədəfinə çevrilib.