12 yaşlı Zəhranın köməyinizə ehtiyacı var - FOTO
12 yaşlı Zəhra drepanotalassemiya xəstəliyindən əziyyət çəkir.
Bu barədə Lim10.az-a onun nənəsi Təzəgül Dəmirova məlumat verib.
O bildirib ki, nəvəsinin bu xəstəlikdən əziyyət çəkdiyini onun üç yaşı olarkən öyrəniblər.
“Zəhranın 12 yaşı var, 3 yaşı olarkən onun bu xəstəlikdən əziyyət çəkdiyini öyrəndik. Demək olar ki, elə həmin gündən də mənim himayəmdə böyüyür. Anası və atası Kürdəmir rayonunda yaşayır, hər ay Bakıya qan köçürməyə, müalicəyə gətirməyə imkanları yoxdur. Ona görə də nəvəmə mən baxıram. Demək olar ki, hər ay qanköçürməyə gedirik. Müalicənin bir hissəsi dövlət tərəfindən qarşılansa da, gündəlik almalı olduğumuz dərmanlar çox bahadır”.
Təzəgül Dəmirova nəvəsinin biraylıq müalicəsi üçün 500 manata ehtiyacları olduğunu deyib.
“Zəhranın biraylıq müalicəsi üçün hazırda 500 manata ehtiyacımız var. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. İllərdir Zəhranın müalicəsini öz gücümüzə edirik, inanın son dövrlər artıq çatdıra bilmirik. Müalicələri dayananda isə şiddətli ağrıları başlayır”.
Ailə ilə əlaqə: (077) 560-28-37.
Express Bank: 4724 9425 2767 0715.