İnam Kərimov: “Ədalət mühakiməsi sahəsində də rəqəmsallaşdırma gedir”
“Hər bir rəqəmsal layihə dövlətin hüquqi siyasətinə uyğunlaşdırılır. Ədalət mühakiməsi sahəsində də rəqəmsallaşdırma gedir. Elektron məhkəmə sistemi təsis edilib və bu sistemin işləməsi digər sistemlərlə qarşılıqlı çalışır. İzolyasiya edilmiş formada heç bir layihə uğurlu ola bilməz”.
Lim10.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri İnam Kərimov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsallaşma ilə elektronlaşmanın fərqi mövcud vəziyyəti proseslərin də sürətlənməsinə rəvac verəcəkdir:
“Əgər bir məsələnin həlli üçün bir neçə mərhələ gözlənilirdisə, elektronlaşma bu mərhələləri daha da qısaldır. Ədalət mühakiməsi üçün bu vacib məqamdır. Müzakirə nəticəsində biz Ali Məhkəmədə bir məzmun hazırladıq. Bir neçə istiqamətdə ədalət mühakiməsinin rəqəmsallaşmasına təsir edəcək və əlçatanlığı artıracaq. Həmin video çarxı izləməyə dəvət edirəm”.
Könül Cəfərli