Rövnəq Abdullayev futbolu necə məhv etdiyindən söz açdı

"Futbola gəldiyim üçün peşmanlıq keçirmirəm

Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev milli assosiasiyanın növbəti konfransında deyib.

O, 20 ildir futbol camiəsində olduğunu xatırladıb:

"Pünik" üzərində qələbəni yaxşı xatırlayıram. 2006-cı ildə isə Ermənistan çempionu bizimlə oynamaqdan qaçdı. Bunlar sevindirici məqamlardır. Təbii ki, kədərli anlar da olub. Hər bir sevindirici anlar boş yerə çalışmadığını göstərir. Futbola dəstəyinə görə ən böyük pay cənab Prezident İlham Əliyevindir. Onun diqqəti sayəsində klublarımız stabil çıxış edirlər, heç bir maliyyə problemi yaşamırlar. Sponsorlar tapmağa çalışırıq. Ancaq sponsorsuz klub belə, Premyer Liqada uğurlu çıxış edə bilir. Çempionat elə güclü səviyyədə keçir ki, artıq millimiz də yaxşı çıxış edəcək”.

Rövnəq Abdullayev FİFA və UEFA rəhbərlərinə də təşəkkürünü bildirib:

"Canni İnfantinoya və Aleksander Çeferinə təşəkkürümü bildirirəm. Onlar daim Azərbaycan futbolunun inkişafı üçün dəstəklərini veriblər. Onların bundan sonra da Azərbaycan futboluna dəstəklərini əsirgəməyəcəklərinə inanıram".

O, sonda AFFA kollektivinə təşəkkürünü bildirib:

"Haqqınızı halal edin, hər şeyə görə çox sağ olun. Artıq futbola azarkeşlik edə bilərəm. Necə deyərlər, kral öldü, yaşasın yeni kral".