Xankəndidə və digər ərazilərdə silahlar aşkarlanıb

Ötən gün vətəndaşlardan 21 silah götürülüb.

Bu barədə Lim10.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 5-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 2 tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1 440 ədəd müxtəlifçaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bundan başqa, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 1 005 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.