Putin Snoudenə Rusiya vətəndaşlığı verib

 

Prezident Vladimir Putin bazar ertəsi ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snoudenə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) gizli müşahidə əməliyyatlarının miqyasını ifşa etdikdən 9 il sonra Rusiya vətəndaşlığını verib.

39 yaşlı Snouden ABŞ-dan qaçaraq, 2013-cü ildə işlədiyi NSA tərəfindən həyata keçirilən geniş yerli və beynəlxalq müşahidə əməliyyatlarını ortaya çıxaran gizli sənədləri sızdırdıqdan sonra, Rusiya onabsığınacaq verib.

ABŞ səlahiyyətliləİ  illərdir ki, onun casusluq ittihamı ilə cinayət mühakiməsi üçün Vaşinqtona qaytarılmasını istəyirlər.

Putinin 72 xaricdə doğulmuş şəxsə vətəndaşlıq verilməsi haqqında fərmanında Snoudenin adı Kreml şərhi olmadan keçir.