Sutkanın əsas dünya xəbərləri

 

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Zaporojye və Xerson vilayətlərində keçirilən referendumları müzakirə edəcəyini açıqlayıb. Onun sözlərinə görə, danışıqlar cümə axşamı, sentyabrın 29-da baş tutmalıdır. Ərdoğan qeyd edib ki, referendumlar “problem yaradır”. “Kaş ki, belə referendumlar olmasaydı və biz bütün bunları diplomatiya yolu ilə həll edə bilərdik. Analoji vəziyyət 2014-cü ildə Krımda da olub. Onda biz bacarmadıq”, - deyə prezident söyləyib.
                       ***
 ABŞ hökuməti Sakit Okean adalarının liderləri ilə ortaq olmağa razılaşdığını və Çinin artan təsirini dayandırmağa ümid etdiyi bölgəyə "böyük dollar" yardımı göstərəcəyini bildirib. “Washington Post” ABŞ rəsmilərinə istinadən yazır ki, Bayden administrasiyası adalara yardım üçün genişləndirilmiş proqramlara 860 milyon dollardan çox sərmayə qoymağı düşünür.
                          ***
Səkkizinci sanksiyalar paketinin bir hissəsi kimi Avropa İttifaqı demək olar ki, 30 Rusiya vətəndaşına qarşı fərdi sanksiya tətbiq etmək niyyətindədir. Bundan əlavə, yeni məhdudiyyətlər yarımkeçirici komponentlərin, mikrosxemlərin, təyyarələrin, həmçinin kosmetika, sabun və tualet kağızının ixracına təsir göstərəcək.
                        ***
 Avronun zəifləməsi və yüksək inflyasiya Avropada tənəzzül riskini artırır. Dünya Bankının rəhbəri Devid Malpassın sözlərinə görə, maliyyə tənzimləyicisi Avropa iqtisadiyyatının artımını cilovlaya bilməmək risklərini görür və Rusiyadan tədarükün tədricən azaldılması ilə enerji istehsalının şaxələndirilməsinin illər çəkəcəyini deyir. "Bu fırtınadan qaçmaq və sınaqlara tab gətirmək üçün yeni makro və mikroiqtisadi yanaşmalar tələb olunacaq", - Dünya Bankının rəhbəri vurğulayıb.
                          ***
İsrail hökuməti Rusiyadan gələn yeni mühacirləri dəstəkləmək üçün fövqəladə proqram üzərində işləyir. Hökumət Rusiyada qismən səfərbərliyə başladıqdan sonra on minlərlə mühacirin İsrailə gələ biləcəyini gözləyir. Proqramın icrası üçün 25.5 milyon dollara qədər vəsaitin ayrılması gözlənilir.