Sutkanın əsas dünya xəbərləri

 Rusiya Prezidenti Vladimir Putin Xerson və Zaporojye vilayətlərinin müstəqilliyinin tanınması haqqında fərman imzalayıb. Luqansk və Donetsk Xalq Respublikaları, Xerson və Zaporojye vilayətlərinin rəhbərlərinin olduğu təyyarə sentyabrın 28-də Moskvaya gəlib. Müvafiq sazişlərin imzalanma mərasimi bu gün, sentyabrın 30-da saat 15:00-da Böyük Kreml Sarayında baş tutacaq.
                       ***
Avropa diplomatiyasının rəhbəri Josep Borrel “Avropada təhlükəsizlik strukturunun” yenidən qurulmasının tərəfdarıdır və qeyd edir ki, bunun üçün ilk növbədə Ukraynada hərbi əməliyyatlara son qoyulmalıdır. Ölkənin bərpasına çəkilən xərci onun fikrincə, Rusiya ödəməlidir. Borrel əmindir ki, münaqişə bitdikdən sonra Rusiya tərəfi ilə danışıqlar masasına oturmaq çox çətin olacaq.
                      ***
Avropa Komissiyası Maltanı zəngin insanlara ölkə iqtisadiyyatına böyük investisiyalar müqabilində Aİ vətəndaşlığı almağa imkan verən “qızıl pasport” siyasətinə görə məhkəməyə verdiyini bildirib.
                        ***
 Böyük Britaniya siyasətçilərinin keçən həftəki vergi islahatının vurduğu zərərin bir hissəsini aradan qaldırmaq üçün hərəkətə keçməsi fonunda funt sterlinq yeni maksimuma -  1.11645 dollara yüksəlib. Avro da həftəlik ən yüksək həddə - 0.9844 dollara çatıb.