Anna Akopyan silahdaşlarından üzr istədi
Anna Akopyan: "Erato" batalyonunun bütün qadınlardan üzr diləmək istəyirəm
Bu gün, 44 günlük müharibədən iki il sonra, mən "Erato" heyətimdəki bütün qadınlardan bu iki ildə baş verənlərə, lağ predmetinə çevrildiyim üçün üzr diləmək istəyirəm.
Caliber.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində yazıb.
“"Erato" heyətinin qadınları təqib edildi, məsxərəyə qoyuldu və Kraliça Eratonun adı lənətə çevrildi. Bunu cəmi bir neçə min adam etdi, amma bu, həm Ermənistanda, həm də diasporda bir neçə milyon insanın susqunluğu ilə baş verdi” deyə Akopyan yazırdı. Bununla Ermənistanın birinci xanımı əslində erməniləri onun yaratdığı qadın batalyonunun əhəmiyyətini başa düşmədiklərinə və qiymətləndirmədiklərinə görə qınadı.