Ramzan Kadırov MN-ə qarşi üsyan etdi

Ramzan Kadırov açıq şəkildə Rusiya Müdafiə Nazirliyinin əleyhinə danışıb. Onun sözlərinə görə, rus qoşunlarının Limandan geri çəkilməsində Mərkəzi Hərbi Dairə komandanı general-polkovnik Aleksandr Lapin və Baş Qərargah rəisi Valeri Gerasimovun günahı var.

"Lapinin orta səviyyəli komandir olması utancverici deyil. Utancverici onun baş qərargahdakı liderlər tərəfindən ört-basdır edilməsidir. Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və ayıbımı qanla yumaq üçün əlində pulemyotla cəbhəyə göndərərdim".

Kadırov Rusiya Müdafiə Nazirliyinin cəbhədəki real vəziyyətlə bağlı Putinə hesabat verməsi ilə bağlı şübhələrini də bildirib.